Xəzər Xəbər

Mbappedən PSJ-yə bəd xəbər

İdman | 14:15 • 28 İyul 2020
Mbappedən PSJ-yə bəd xəbər

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 3 həftə müddətinə sıradan çıxıb. 


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun sağ ayaq daban nahiyəsində çıxıq aşkarlanıb. O, avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 final oyununu buraxacaq. 


Qeyd edək ki, Kilian Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. 

Xəbər lenti