Xəzər Xəbər

"Qalatasaray" 2 ulduz oyunçudan birini transfer edəcək

İdman | 14:04 • 28 İyul 2020
"Qalatasaray" 2 ulduz oyunçudan birini transfer edəcək

Türkiyə Super Liqasında mövsümü altıncı pillədə tamamlayan"Qalatasaray"bir çox futbolçusu ilə yolları ayırmaqla yanaşı, heyəti yeni futbolçularla gücləndirməyi düşünür

İstanbul nəhəngi yay transfer dönəmində əsas üstünlüyü azad agent statusu olan futbolçulardan yana edəcək.

Belhanda ilə yolları ayırmağa hazırlaşan "Qalatasaray" rəhbərliyi onun yerini ulduz futbolçu ilə doldurmaq niyyətindədir. Fatih Terimin siyahısında David Silva və Mario Götzenin adları yer alır.

Mövsüm sonu "Mançester Siti" və "Borussiya" (Dortmund) klubları ilə müqavilələri başa çatan futbolçularla danışıqlar başlayıb. Hər iki oyunçuya ilinə 4.5 milyon avro təklif olunub.

Götze yaşı (28) səbəbindən öndə tutulsa da, Silvanın (34) təcrübəsi ilə "cim-bom"a faydalı olacağı güman edilir.

Qeyd edək ki, "Barselona" ilə müqaviləsi bitən Arda Turanın "Qalatasaray"la 1+1 illik müqavilə imzaladığı bildirilir./Offsideplus.az

Xəbər lenti