Xəzər Xəbər

Starric İtaliya klubuna keçir

İdman | 17:22 • 27 İyul 2020
Starric İtaliya klubuna keçir

İtaliya ASeriyasına vəsiqə qazanan "Benevento" azad agent statusu daşıyan Deniel Starrici transfer etmək istəyir.

Klub prezidenti Oresto Viqorito bu barədə danışıb: "Starricin İtaliyaya gəlməsi istənilən klub üçün qürurverici olar".

İngiltərə millisinin keçmiş üzvü 2019-cu ilin yayında "Liverpul"dan "Trabzonspor"a keçmişdi. 30 yaşlı hücumçu martda Türkiyə klubundan ayrılıb. Starric Super Liqada keçirdiyi 11 oyunda 4 qol vurub, 4 assist edib.

Xəbər lenti