Xəzər Xəbər

Pedro "Çelsi" ilə vidalaşdı

İdman | 16:36 • 27 İyul 2020
Pedro "Çelsi" ilə vidalaşdı

"Çelsi" ilə müqaviləsi başa çatan Pedro Rodriqes London klubundan ayrılıb.


XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu bunu şəxsi Tvitter hesabında yazıb.


O, ötən gecə "Vulverhempton"la keçirilən oyunun "Çelsi"dəki son matçı olduğunu bildirib, bu illər ərzində göstərdikləri dəstəyə görə, azarkeşlərə və kluba minnətdarlıq edib.


Qeyd edək ki, 2015-ci ildən "Çelsi"də çıxış edən Pedronun "Roma"ya keçəcəyi gözlənilir.

Xəbər lenti