Xəzər Xəbər

“Mançester Yunayted”in futbolçusu “Qarabağ”ın yeni transferini təbrik edib

İdman | 14:23 • 27 İyul 2020
“Mançester Yunayted”in futbolçusu “Qarabağ”ın yeni transferini təbrik edib

"Mançester Yunayted”in futbolçusu Nemanya Matiç qardaşı Uroş Matiçin "Kopenhagen”dən "Qarabağ”a keçidinə reaksiya verib.


Xezerxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu özündən 1 yaş kiçik qardaşını "Qarabağ”a keçdiyi üçün təbrik edib və onun şəklini "Instagram”da hekayə bölümünə yerləşdirib.


Ağdam təmsilçisi serbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb. Otuz yaşlı yarımmüdafiəçi Ağdam klubunda 8 nömrəli formada çıxış edəcək.

Xəbər lenti