Xəzər Xəbər

David de Xea Peter Şmeyxelin rekordunu qırıb

İdman | 09:49 • 27 İyul 2020
David de Xea Peter Şmeyxelin rekordunu qırıb

İngiltərənin "Mançester Yunayted” klubunun qapıçısı David de Xea komandasının tarixinə düşüb.


İspaniyalı Premyer Liqada 113-cü quru oyununu keçirib.


Bu, XXXVIII turun "Lester”lə görüşündə (2:0) rəsmiləşib. 29 yaşlı qolkiper klub tarixinə Premyer Liqada ən çox quru matç keçirən futbolçu kimi düşüb. De Xea danimarkalı Peter Şmeyxeli (112) arxada qoyub.


Qeyd edək ki, David "Mançester Yunayted”ə 2011-ci ildə "Atletiko”dan keçib. O, 313 matçda 314 top buraxıb.

Xəbər lenti