Xəzər Xəbər

"Yuventus" ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

İdman | 09:19 • 27 İyul 2020
"Yuventus" ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

İtaliya A seriyasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, "Yuventus" 36-cı turda "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib.


"Yuventus" - "Sampdoriya" - 2:0


Qollar: Ronaldo, 45, Bernardeski, 67


Bu qələbə ilə xalını 83-ə yüksəldən Turin təmsilçisi yarışın bitməsinə 2 tur qalmış ən yaxın izləyicisi "İnter"lə 7 xallıq xərqi saxlayıb.


Bununla da, "Yuventus" ardıcıl 9-cı, ümumilikdə isə 36-cı dəfə ölkə çempionu olub.

Xəbər lenti