Xəzər Xəbər

"İnter" Messi ilə müqavilə imzalamaq istəyir

İdman | 18:51 • 25 İyul 2020
"İnter" Messi ilə müqavilə imzalamaq istəyir

İtaliyanın "İnter" futbol klubu 2021-ci ildə İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messiyə transfer təklifi edəcək.


Bu barədə Sport Mediaset portalı bildirib.


33 yaşlı L.Messinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.


Milanalılar, klubdakı mövcud çətin münasibətləri nəzərə alaraq, müqavilənin bitməsindən sonra Messini pulsuz alacağına ümid edirlər.

Xəbər lenti