Xəzər Xəbər

“Mançester Siti” transferlər üçün 300 milyon funt sterlinq ayıracaq

İdman | 13:57 • 25 İyul 2020
“Mançester Siti” transferlər üçün 300 milyon funt sterlinq ayıracaq

İngiltərənin "Mançester Siti” klubunun yay transferlərinə ayıracağı vəsait müəyyənləşib.


Klub rəhbərliyi bunun üçün 300 milyon funt sterlinq ayırmağa hazırdır.


Heyətini gücləndirmək niyyətində olan Premyer Liqa klubu mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi almağı planlaşdırır. Müdafiənin mərkəzi üçün iki oyunçunun transferi gündəmdədir.


Qeyd edək ki, "Mançester Siti” sonuna bir tur qalan Premyer Liqanın turnir cədvəlində 78 xalla ikincidir.

Xəbər lenti