Xəzər Xəbər

Xavi Ernandes koronavirusa yoluxub

İdman | 15:16 • 25 İyul 2020
Xavi Ernandes koronavirusa yoluxub

İspaniya millisinin və "Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusa yoluxub.


Bunu hazırda Qətərin "Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalının özü açıqlayıb.


O, sosial şəbəkədəki paylaşımında testinin müsbət nəticələndiyini bildirib: "Koronavirus testimin nəticəsi müsbət oldu. Xoşbəxtlikdən tam qaydasındayam, amma protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”. 

Xəbər lenti