Xəzər Xəbər

Çempionlar Liqası tarixinin ən gənc qol müəllifləri açıqlanıb

İdman | 10:50 • 25 İyul 2020
Çempionlar Liqası tarixinin ən gənc qol müəllifləri açıqlanıb

Çempionlar Liqası tarixinin ən gənc qol müəllifləri açıqlanıb.


UEFA-nın siyahısına yarışın əsas mərhələlərində fərqlənən oyunçular daxil edilib.


Avropanın ən nüfuzlu klub turnirinin rekordçusu Ansi Fatidir. "Barselona”nın gənc ulduzu 17 yaş 40 günlüyündə Çempionlar Liqasında qol vurub.


Ümumilikdə isə 9 futbolçu 18 yaşa çatmadan bunu bacarıb. Onlar arasında Kərim Benzema, Sesk Fabreqas kimi ulduzlar da yer alıb.


Ansu Fati – 17 yaş 40 gün

10.12.2019. "İnter” – "Barselona” – 1:2

Peter Otori-Quaye – 17 yaş 195 gün

01.10.1997. "Rusenborq” – "Olimpiakos” – 5:1

Mateo Kovaçiç – 17 yaş 216 gün

07.12.2011. "Dinamo” Zaqreb – "Lion” – 1:7

Sesk Fabreqas – 17 yaş 218 gün

07.12.2004. "Arsenal” – "Rusenborq” – 5:1

Boyan Krkiç – 17 yaş 218 gün

01.04.2008. "Şalke” – "Barselona” – 0:1

Martin Kleyn – 17 yaş 241 gün

27.02.2002. "Panatinaikos” – "Sparta” – 2:1

Bril Embolo – 17 yaş 263 gün

04.11.2014. "Bazel” – "Lüdororets” – 4:0

Aaron Remsi – 17 yaş 300 gün

21.10.2008. "Fənərbaxça” – "Arsenal” – 2:5

Kərim Benzema – 17 yaş 352 gün

06.12.2005. "Lion” – "Rusenborq” – 2:1

Xəbər lenti