Xəzər Xəbər

İtaliya A Seriyasında 36-cı tur başlanıb

İdman | 09:11 • 25 İyul 2020
İtaliya A Seriyasında 36-cı tur başlanıb

İyulun 24-də futbol üzrə İtaliya A Seriyasında 36-cı tura başlanıb.


Xezerxeber.az xəbər verir ki, turun açılış matçında "Milan" və "Atalanta" komandaları üz-üzə gəlib. "San Siro" stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb.


"Milan”ın türkiyəli futbolçusu Hakan Çalhanoğlu cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan 20 dəqiqə sonra Duvan Sapata bərabərlik qolunu vurub.


Fasilədən sonra hər iki komanda təhlükəli vəziyyətlər yaratsa da, hesab dəyişilməyib.


Bu nəticədən sonra xalını 75-ə çatdıran "Atalanta" lider "Yuventus"la xal fərqini 5-ə endirib. "Milan" isə 60 xalla 6-cı pillədə qalıb.

Xəbər lenti