Xəzər Xəbər

Fransa kubokunun qalibi bu komanda oldu

İdman | 09:22 • 25 İyul 2020
Fransa kubokunun qalibi bu komanda oldu

İyulun 24-də futbol üzrə Fransa kubokunun final görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, turnirin həlledici görüşü "Stad de France” stadionunda "Paris Sen-Jermen” və "Sent-Etyen” komandaları arasında oynanılıb.


Gərgin keçən görüş "Paris Sen-Jermen” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 14-cü dəqiqədə braziliyalı Neymar olub.


Qarşılaşmada baş hakim 11 sarı və 1 qırmızı vərəqə göstərib.


Matçın 31-ci dəqiqəsində "Sent-Etyen” klubunun müdafiəçisi Loic Perrin kobud oyuna görə meydandan kənarlaşdırılıb.


Beləliklə, final görüşündə qələbə qazanan "Paris Sen-Jermen” tarixində 13-cü dəfə bu titula yiyələnib.


Qeyd edək ki, Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi məhz "Paris Sen-Jermen” olub.

Xəbər lenti