Xəzər Xəbər

Kipr-Azərbaycan oyunu GPS stadionunda keçiriləcək

İdman | 18:10 • 24 İyul 2020
Kipr-Azərbaycan oyunu GPS stadionunda keçiriləcək

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, Kipr millisi sentyabrın 8-də Azərbaycan yığmasını Nikosiyadakı GPS stadionunda qəbul edəcək.


Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq.

Xəbər lenti