Xəzər Xəbər

Mundiallar tarixinin ən yaşlı futbolçusu 47 yaşında karyerasını bitirib

İdman | 16:35 • 24 İyul 2020
Mundiallar tarixinin ən yaşlı futbolçusu 47 yaşında karyerasını bitirib

Misir millisinin sabiq qapıçısı Essam el-Hadari karyerasını başa vurub.


Veteran qolkiper 47 yaşında futboldan getmək qərarına gəlib.


Son klubu "Noqom" olan oyunçu bir daha bu sahədə çalışmayacağını açıqlayıb: "Futbol ikinci həyat yoldaşımdır, indi boşandım. Bu sahəyə qayıtmayacağam. Bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri bir-birlərinə hücum edirlər".


Misirdə 7 qat çempion, 4 qat kubok və Superkubokun qalibi olan Essam el-Hadari 3 dəfə Asiya Çempionlar Liqasını qazanıb. Həmçinin Misir yığmasının heyətində 4 dəfə Afrika Millətlər Kubokuna yiyələnən el-Hadari DÇ-2018-də Səudiyyə Ərəbistanı ilə qarşılaşmada (1:2) iştirak edib. Bununla dünya çempionatları tarixində çıxış edən ən yaşlı futbolçu kimi tarixə düşüb. Həmin vaxt 45 yaş 161 günlüyündə olub.


Qeyd edək ki, Essam el-Hadari karyerası ərzində Avropada yalnız "Syon" klubunda oynayıb, İsveçrə kubokunu qazanıb.

Xəbər lenti