Xəzər Xəbər

Canni De Byazi: Hazırda bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm

İdman | 15:04 • 24 İyul 2020
Canni De Byazi: Hazırda bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm

Futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunan italiyalı Canni De Byazi İtaliya mətbuatına müsahibəsində ölkəmizdə işə başlamağı səbirsizliklə gözlədiyini bildirib.


"İl Resto del Carlino” nəşri xəbər verir ki, 64 yaşlı mütəxəssis hazırda bütün diqqətini Azərbaycan millisinə yönəltdiyini vurğulayıb.


"Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim. Gələcəkdə texniki direktor kimi də işləyə bilərəm”, - deyə italiyalı mütəxəssis əlavə edib.


Qeyd edək ki, AFFA məşqçi ilə il yarım müddətinə müqavilə bağlayacaq.

Xəbər lenti