Xəzər Xəbər

Fatih Terim Ardaya görə “Qalatasaray” rəhbərliyi qarşısında şərt qoydu

İdman | 17:53 • 23 İyul 2020
Fatih Terim Ardaya görə “Qalatasaray” rəhbərliyi qarşısında şərt qoydu

Türkiyənin "Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim komandanın rəhbərliyi qarşısında Arda Turanı kluba geri qaytarmaq tələbini irəli sürüb.


"Hürriyet” nəşri xəbər verir ki, mütəxəssis ötən gün keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib.


O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizdən A.Turan mövzusuna yenidən baxılmasını tələb edib.


Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdə "Qalatasaray”ın formasını geyinib.

Xəbər lenti