Xəzər Xəbər

UFC-nin daha bir döyüşü ləğv edilib

İdman | 16:07 • 23 İyul 2020
UFC-nin daha bir döyüşü ləğv edilib

Mütləq Döyüş Çempionatının (UFC) "Fight Night 173” turniri çərçivəsində avqustun 2-də keçirilməsi planlaşdırılan qadınlar arasında əsas yarış ləğv edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə UFC rəhbəri Dana Uayt "Instagram”dakı səhifəsində məlumat verib. Məlumatda bildirilib ki, yarışın iştirakçılarından biri - yüngül çəkidə UFC-nin keçmiş çempionu, meksikalı MMA ustası İrene Aldana koronavirus infeksiyasına yoluxduğu üçün turnir baş tutmayacaq. İ.Aldana amerikalı döyüşçü Helli Holm ilə döyüşməli idi. Döyüşün avqustun 2-nə keçən gecə Las-Veqasda keçirilməsi planlaşdırılırdı.


UFC-də 18 döyüş keçirən 38 yaşlı H.Holm bu qarşılaşmaların 13-də qalib gəlib, 5 dəfə məğlub olub. Otuz iki yaşlı İ.Aldana isə 17 döyüşün 12-də qələbə qazanıb.

Xəbər lenti