Xəzər Xəbər

İtaliya A Seriyası: “Napoli”dən məğlubiyyət, “Roma”dan böyük hesablı qələbə

İdman | 09:31 • 23 İyul 2020
İtaliya A Seriyası: “Napoli”dən məğlubiyyət, “Roma”dan böyük hesablı qələbə

İyulun 22-də futbol üzrə İtaliya A Seriyasının 35-ci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Napoli” səfərdə "Parma” klubunun qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Qarşılaşmanın üç qolu penaltilərdən vurulub. "Parma”nın heyətində Canluka Kaprari, Dejan Kulusevski, "Napoli”də isə Lorenso İnsinya fərqləniblər.


Günün digər görüşündə "Roma” səfərdə SPAL-ın qonağı olub. Yeddi qol vurulan görüşdə "Roma” 6:1 hesabı ilə qələbə qazanıb. Paytaxt təmsilçisinin heyətində Nikola Kaliniç, Karlos Peres, Aleksander Kolarov, Bruno Peres (2) və Nikola Dzaniolo fərqləniblər. SPAL-ın təsəlli qoluna Alberto Cerri imza atıb.


Turun ikinci oyun gününün digər görüşlərində "Leççe” öz meydanında "Breşiya”nı (3:1), "Genoa” isə səfərdə "Sampdoriya”nı (2:1) məğlub edib. "İnter” - "Fiorentino” (0:0), "Torino” - "Verona” (1:1) oyunu isə heç-heçə başa çatıb.


Qeyd edək ki, tura iyulun 23-də "Udineze” - "Yuventus”, "Latsio” - "Kalyari” oyunları ilə yekun vurulacaq.

Xəbər lenti