Xəzər Xəbər

Gürcüstanda tamaşaçılar futbol oyunlarına buraxılacaq

İdman | 16:18 • 21 İyul 2020
Gürcüstanda tamaşaçılar futbol oyunlarına buraxılacaq

Gürcüstanda hökuməti futbol üzrə çempionat oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.


Bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.


Eyni zamanda millət vəkili olan Kobiaşvili koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə baş tutan qarşılaşmalara artıq son qoyulduğunu söyləyib. Arenaya girişdə tamaşaçıların hərarətləri yoxlanılacaq və onlar təhlükəsizlik qaydalarına uyğun şəkildə stadiona buraxılacaq.


Qeyd edək ki, Gürcüstan çempionatında VI tur geridə qalıb.

Xəbər lenti