Xəzər Xəbər

Ronaldo Şevçenkonun rekordunu yenilədi

İdman | 12:48 • 21 İyul 2020
Ronaldo Şevçenkonun rekordunu yenilədi

Turinin "Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.


Bu barədə "Opta” məlumat yayıb.

K.Ronaldo İtaliya çempionatının 34-cü turunda A Seriyasındakı 50 və 51-ci qollarını vurub. Bununla da o, İtaliya çempionatında 50 qol limitini ən tez keçən futbolçu kimi tarixə düşüb. Bunun üçün K.Ronaldaya cəmi 61 oyun kifayət edib.

Portuqaliyalı bu göstərici ilə"Milan”ın əfsanəsi futbolçusu Andrey Şevçenkoya məxsus rekordu yeniləyib. A.Şevçenko 50 qol limitinə 69 qarşılaşmada çatmışdı.

Xəbər lenti