Xəzər Xəbər

"Qızıl top" mükafatı bu il təqdim olunmayacaq

İdman | 16:46 • 20 İyul 2020
"Qızıl top" mükafatı bu il təqdim olunmayacaq

Koronavirus pandemiyası səbəbindən "Qızıl top" mükafatı bu il təqdim olunmayacaq.


Bu barədə "France Football" nəşri məlumat yayıb.


Bildirilib ki, 1956-cı ildən bəri hər il təşkil olunan mərasim bu il baş tutmayacaq. Koronavirus pandemiyası səbəbindən yaranmış problem səbəbindən "Qızıl top" bu dəfə heç kimə verilməyəcək.


Qeyd edək ki, ötən il "Barselona"nın kapitanı Lionel Messi 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Xəbər lenti