Xəzər Xəbər

Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçular - SİYAHI

İdman | 11:39 • 20 İyul 2020
Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçular -
Futbol tarixində cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçuların adları bəlli olub.

Bununla bağlı "Thetoptens” portalında səsvermə keçirilib.

Siyahıda ilk pilləyə "Lion”un keçmiş oyunçusu Juninyo Pernambukano yiyələnib.

İkinci pillədə isə Devid Bekhem yerləşib. "Yuventus”un portuqaliyalısı Kriştianu Ronaldu da ilk üçlükdə özünə yer tapıb.

Maraqlıdır ki, "Barselona”nın hücumçusu Lionel Messi siyahıda yalnız səkkizinci pilləyə sahib ola bilib.

Siyahını təqdim edirik:

1. Juninyo Pernambukano

2. Devid Bekhem

3. Kriştianu Ronaldu

4. Roberto Karlos

5. Dieqo Maradona

6. Ronaldinyo

7. Andrea Pirlo

8. Lionel Messi

9. Sinişa Mixayloviç

10. Alessandro del Pyero

Xəbər lenti