Xəzər Xəbər

“Barselona” “Deportivo Alaves”i məğlub edib

İdman | 08:58 • 20 İyul 2020
“Barselona” “Deportivo Alaves”i məğlub edib

Futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turun oyunlarına start verilib.


Xezerxeber.az xəbər verir ki, çempionatda gümüş medalların artıq təmin edən "Barselona” sonuncu turda səfərdə "Depoetivo Alaves” komandasının qonağı olub.


Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.


"Barselona”nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.


"Barselona” 38 tura 82 xal, "Deportivo Alaves” isə 39 xal toplayıb.


Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar