Xəzər Xəbər

“Tottenhem” klubu “Lester Siti”ni üç cavabsız qolla məğlub edib

İdman | 09:27 • 20 İyul 2020
“Tottenhem” klubu “Lester Siti”ni üç cavabsız qolla məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Tottenhem” öz meydanında "Lester Siti”ni qəbul edib.


"Uebli” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.


London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.


Bu qələbə sayəsində xal ehtiyatını 58-ə çatdıran "Tottenhem” turnir cədvəlində 6-cı, "Lester Siti” isə 62 xalla 4-ci yerdə qərarlaşıb.

Xəbər lenti