Xəzər Xəbər

İngiltərə kubokunun ikinci finalçısı məlum olub

İdman | 08:52 • 20 İyul 2020
İngiltərə kubokunun ikinci finalçısı məlum olub

Futbol üzrə İngiltərə kubokunun ikinci yarımfinal görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Mançester Yunayted” klubu "Çelsi” komandası ilə üz-üzə gəlib.


Görüş "Çelsi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Olivye Giru, Mason Mount və Hari Maquayer (avtoqol) fərqləniblər. "Mançester Yunayted”in yeganə qolunun müəllifi isə Bruno Fernandeş olub.


Bu qələbə sayəsində "Çelsi” klubu İngiltərə kubokunun finalına yüksəlib.


Turnirin həlledici görüşündə iki London təmsilçisi "Çelsi” və "Arsenal” komandaları qarşılaşacaq.


Xatırladaq ki, "Arsenal” iyulun 18-də "Mançester Siti”ni 2:0 hesabı ilə məğlub etmişdi.


Qeyd edək ki, final görüşü avqustun 1-də "Uebli” stadionunda keçiriləcək.

Xəbər lenti