Xəzər Xəbər

Dünya çempionu pəncərədən yıxılıb ölüb

İdman | 14:54 • 18 İyul 2020
Dünya çempionu pəncərədən yıxılıb ölüb

Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya ölüb.


Bədbəxt hadisə rusiyalı idmançının evində baş verib.


20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.


Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.


Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.

Xəbər lenti