Xəzər Xəbər

“Sumqayıt” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib

İdman | 10:37 • 17 İyul 2020
“Sumqayıt” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib

Azərbaycanı birinci dəfə Avroliqada təmsil edəcək "Sumqayıt" klubu 2 futbolçusu ilə müqaviləni yeniləyib.


Xezerxeber.az xəbər verir ki, qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovun müqaviləsi uzadılıb.


Qeyd edək ki, 2017-ci ildən "Sumqayıt"da çıxış edən M.Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti