Xəzər Xəbər

“Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib

İdman | 17:49 • 10 İyul 2020
“Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakının "Sabah” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.


Xezerxeber.az kluba istinadla xəbər verir ki, komandaya bundan sonra ispaniyalı Visente Qomes başçılıq edəcək. Qırx səkkiz yaşlı mütəxəssislə ikiillik müqavilə bağlanıb.


Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın "Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi, bu klubun əsas komandasında, həmçinin Səudiyyə Ərəbistanının "Əl-Əhli”, Rusiyanın "Spartak” klublarında köməkçi-məşqçi və Ukraynanın "Olimpik” (Donetsk) klubunda baş məşqçi kimi çalışıb.

Xəbər lenti