Xəzər Xəbər

Çempionlar Liqasının həlledici mərhələlərinin püşkü atılıb

İdman | 14:59 • 10 İyul 2020
Çempionlar Liqasının həlledici mərhələlərinin püşkü atılıb

Çempionlar Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib.


İsveçrənin Nyon şəhərindəki tədbir üç hissədən ibarət olub.


Öncə 1/4 finalın püşkü atılıb. Burada 4 klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın 4 cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 görüşləri avqustun 12-15-də oynanılacaq.


Ardınca yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.


Çempionlar Liqası


1/4 final

1. "Real” (İspaniya) – "Mançester Siti” (İngiltərə) cütünün qalibi - "Lion” (Fransa) – "Yuventus” (İtaliya) cütünün qalibi

2. "Leypsiq” (Almaniya) - "Atletiko” (İspaniya)

3. "Napoli” (İtaliya) – "Barselona” (İspaniya) cütünün qalibi - "Çelsi” (İngiltərə) - "Bavariya”(Almaniya) cütünün qalibi

4. "Atalanta” (İtaliya) - PSJ (Fransa)


Yarımfinal


5. 1-ci cütün qalibi – 3-cü cütün qalibi

6. 2-ci cütün qalibi – 4-cü cütün qalibi


Final


6-cı cütün qalibi – 5-ci cütün qalibi


Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də

keçiriləcək.

Xəbər lenti