Xəzər Xəbər

İtaliya A Seriyası: “Roma” ardıcıl üçüncü dəfə məğlub olub

İdman | 09:03 • 6 İyul 2020
İtaliya A Seriyası: “Roma” ardıcıl üçüncü dəfə məğlub olub

İyulun 5-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun son və mərkəzi qarşılaşması "San Paolo” stadionunda oynanılıb.


"Napoli” klubu "Roma” komandasını qəbul edib.


Oyunda hesabı meydan sahibləri fasilədən sonra açıblar. Matçın 55-ci dəqiqəsində Jose. Maria Kalyexon fərqlənib. Qoldan beş dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətiriblər. Qarşılaşmanın 82-ci dəqiqəsində "Napoli”nin əsas qol silahı sayılan Lorenso İnsinya fərqlənərək komandasına qələbə qazandırıb.


Beləliklə, bu qələbə "Napoli”ni turnir cədvəlində (48 xal) 6-cı pilləyə yüksəldib. Eyni xala malik olan "Roma” 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti