Xəzər Xəbər

"Qalatasaray" 5 məşhur futbolçu ilə yolları ayırır

İdman | 15:27 • 2 İyul 2020
"Qalatasaray" 5 məşhur futbolçu ilə yolları ayırır

Türkiyənin "Qalatasaray" klubunun yolları ayırmağa hazırlaşıdığı 5 futbolçusunun kimliyi bəlli olub.


"Milliyet" xəbər verir ki, İstanbul təmsilçisi icarə müddəti başa çatan Mbaye Dian və Rayan Babellə vidalaşacaq. 


"Sarı qırmızılar" Yunes Belhanda, Sofyan Fequli və Radamel Falkao üçün gələn təklifləri dəyərləndirmək niyyətindədir. 


Qeyd edək ki, "Qalatasaray"ın mövsüm bitdikdən sonra azad agent olan Arda Turanla müqavilə imzalayacağı gözlənilir.

Xəbər lenti