Xəzər Xəbər

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

İdman | 11:08 • 2 İyul 2020
Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi təsdiqlənib.


XəzərXəbər xəbər verir ki, 8 - 11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" mübarizəyə avqustun 18/19-da I təsnifat mərhələsindən başlayacaq. 


II təsnifat mərhələsi 25/26 avqustda, III təsnifat mərhələsi 15/16 sentyabrda bir oyunluq sistemlə reallaşacaq. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.


Qrup mərhələsində 6 tur müvafiq olaraq, 20/21 sentyabr, 27/28 sentyabr, 3/4 noyabr, 24/25 noyabr, 1/2 dekabr və 8/9 dekabrda nəzərdə tutulub.


2021-ci ildə isə bu oyunlar olacaq:


1/8 final


İlk oyunlar - 16/17 fevral və 23/24 fevral, cavab görüşləri - 9/10 mart və 16/17 mart


1/4 final


İlk oyunlar - 6/7 aprel, cavab görüşləri - 13/14 aprel


Yarımfinal


İlk oyunlar - 27/28 aprel, cavab görüşləri - 4/5 may


FİNAL


29 may, İstanbul, "Atatürk" Olimpiya stadionu

Xəbər lenti