Xəzər Xəbər

Maradona İspaniya millisinin baş məşqçisi olmağa yaxındır

İdman | 15:44 • 1 İyul 2020
Maradona İspaniya millisinin baş məşqçisi olmağa yaxındır

Əfsanəvi argentinalı futbolçu, hazırda "Ximnasiya iEsqrima”klubunu çalışdıran Dieqo Armando Maradona İspaniya milli komandasının baş məşqçisi ola bilər.

Bu barədə infobae.com saytı məlumat yayıb.

Məlumata görə, əgər Antonio Torres İspaniya Kral Futbol Federasiyasının prezidenti seçilsə Dieqo Maradonanı milliyə dəvət edəcək.

Qeyd olunur ki, A.Torres argentinalı mütəxəssislə danışıqlar aparıb və tərəflər ilkin razılaşma əldə ediblər.

Sayt yazır ki, D.Maradona bu vəzifəyə təyin ediləcəyi təqdirdə onun qarşısına 2022-ci ildə Qətərdəki dünya çempionatının finalına çıxmaq vəzifəsi qoyulacaq.

Xəbər lenti