Xəzər Xəbər

"Neftçi"nin fransız hücumçusu Azərbaycandan getdi

İdman | 11:38 • 1 İyul 2020
"Neftçi"nin fransız hücumçusu Azərbaycandan getdi

"Neftçi" komandasının hücumçusu Baqali Dabo Azərbaycandakı karyerasına son qoyub.


Bu barədə 32 yaşlı fransız hücumçu "Instagram" hesabında yazıb.


2019/2020 mövsümü Premyer Liqanın bombardiri olan Dabo Azərbaycana təşəkkürünü bildirib. O qeyd edib ki, 4 il ərzində ölkəmizdə yaşadıqları onun üçün unudulmaz olacaq.


Qeyd edək ki, Baqali Dabo Azərbaycana"Qəbələ"nin şərəfini qorumaq üçün 2016-cı ildə gəlmişdi. 2018-ci ilə qədər region təmsilçisinin formasını geyinən Dabo daha sonra "Neftçi"yə transfer olmuşdu. Bu komanda ilə müqavilə müddəti ötən gün başa çatan fransız hücumçunun Kiprin "Apollon" klubunda karyerasını davam etdirəcəyi iddia edilir.

Xəbər lenti