Xəzər Xəbər

Arda Turanın "Barselona" macərası bitdi

İdman | 14:26 • 30 İyun 2020
Arda Turanın "Barselona" macərası bitdi

2015-ci ildə "Atletiko Madrid"dən "Barselona"ya transfer olunan Arda Turanın katalon klubu ilə müqaviləsi başa çatıb.


2018-ci ildə qış transfer pəncərəsində "Başakşehir"in icarəyə götürdüyü futbolçu ilin əvvəlində klubla yollarını ayırmışdır.


Altı aydır futboldan uzaq qalan Arda Turanın "Barselona" ilə 5 illik müqaviləsi 30 iyuna qədər idi.



Qeyd edək ki, 33 yaşlı futbolçu 2,5 il "Barselona" karyerasında 55 rəsmi oyunda 15 qol, 11 asisstlə yadda qalıb./Offsideplus.az

Xəbər lenti