Xəzər Xəbər

"İnter" rəsmisi Əşrəf Hakiminin transferini təsdiqlədi

İdman | 16:07 • 29 İyun 2020
"İnter" rəsmisi Əşrəf Hakiminin transferini təsdiqlədi

İtaliyanın "İnter" klubunun CEO-su Cüzeppe Moratta "Real"ın müdafiəçisi Əşrəf Hakimini transfer etməyə hazırlaşdıqlarını deyib.


 


"Sky Sport" xəbər verir ki, o, keçidi tamamlamaq üzrə olduqlarını söyləyib:


 


"Hakimini ilə anlşmaq üzrə olduğumuzu təsdiq edirəm. "Zhang" ailəsi klubumuza önəmli futbolçular qazandırmağa davam edir".


 


Milan təmsilçisi mərakeşli futbolçunun keçidi üçün 40+5 milyon avro təzminat ödəyəcək. Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir.


 


Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib. O, ötən mövsüm 45 oyunda 9 qol vurub, 10 assist edib.

Xəbər lenti