Xəzər Xəbər

Mario Qomes karyerasını başa vurdu

İdman | 16:02 • 29 İyun 2020
Mario Qomes karyerasını başa vurdu

Almaniya millisinin keçmiş üzvü Mario Qomes karyerasını başa vurub.

 

"Ştutqart"ın təcrübəli hücumçusu II Bundesliqanın 34-cü turunda "Darmştadt"la oyundan sonra butsılarını mıxdan asıb.

 

Mario peşəkar karyerasına "Ştutqart"da başlayıb. 34 yaşlı futbolçu "Bayern", "Fiorentina", "Beşiktaş" və "Volfsburq"da çıxış etdikdən sonra 2017/18 mövsümündə "Ştutqart"a qayıdıb. Almaniya ilə DÇ-2014-ün qalibi olmuş təcrübəli sima yığmada 78 oyunda 31 qol vurub.

Xəbər lenti