Xəzər Xəbər

Əşrəf "İnter"ə keçir

İdman | 15:26 • 28 İyun 2020
Əşrəf "İnter"ə keçir

"Real" müdafiəçisi Əşrəf Hakimini "İnter"ə satmağa hazırlaşır.

"Sky Sport" xəbər verir ki, klublar anlaşmaq üzrədir. Milan təmsilçisi mərakeşli sağ cinah müdafiəçisinin keçidi üçün 40+5 milyon ödəməyə razılaşıb. 21 yaşlı futbolçu "göy-qaralar"a keçməyə müsbət yanaşdığı üçün transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir.

Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib.

Xəbər lenti