Xəzər Xəbər

Türkiyəli ulduz futbolçu nəhənglərin maraq dairəsində

İdman | 11:00 • 28 İyun 2020
Türkiyəli ulduz futbolçu nəhənglərin maraq dairəsində

İtaliyanın "Roma” klubunun şərəfini qoruyan türkiyəli ulduz Cengiz Ünderin xidmətində "Napoli” komandası da maraqlıdır.


Mövsümün sonu müqaviləsi başa çatacaq 33 yaşlı Xose Kallexonun yerini doldurmaq istəyən "Napoli” Cengiz Ünder üçün "Roma”ya müraciət edib.


Xəbərdə Roma klubunun Cengiz Ünder üçün 30 milyon avro istədiyi qeyd olunub.


Qeyd edək ki, "Roma” ilə 2023-cü ilə qədər müqaviləsi olan 22 yaşlı ulduzla "Yuventus”, "Bayern” və "Everton” kimi klublar da maraqlanır.

Xəbər lenti