Xəzər Xəbər

Ronaldo və Messi eyni komandada oynaya bilər

İdman | 10:22 • 28 İyun 2020
Ronaldo və Messi eyni komandada oynaya bilər

"Boka Xuniors"un futbolçusu Karlos Teves vida matçında Kriştiano Ronaldo və Lionel Messinin eyni komandada oynamasını istəyir.

Bu barədə 36 yaşlı hücumçu özü məlumat verib: "Müqaviləm bitdikdən sonra karyeramı başa vura bilərəm. Bəlkə əvvəllər şərəfini qoruduğum "Vest Hem "və ya" "Korintians"da oynaya bilərəm. Bunları daha sonra düşünəcəyəm.

Karyeramı başa vuracağım təqdirdə, ən böyük arzum birdə oynadığım ulduz oyunçuları eyni komandada toplamaqdır. Vida matçımda ilk "11-liy"i müəyyənləşdirmişəm. Canluici Buffon, Huqo İbarra, Rio Ferdinand, Qabriel Haynze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştiano Ronaldo, Lionel Messi və Ueyn Runi. Karyeramı bitirsəm, bu oyunçulara eyni komandada oynamağı təklif edəcəyəm".

Xəbər lenti