Xəzər Xəbər

Ronaldinyo karyerasını bərpa edə bilər

İdman | 14:33 • 27 İyun 2020
Ronaldinyo karyerasını bərpa edə bilər

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bərpa edə bilər.


40 yaşlı sabiq yarımmüdafiəçinin Argentinada çıxış etmək ehtimalı yaranıb.


Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya" klubu Ronaldinyonun xidmətində maraqlıdır. Bir müddət əvvəl Paraqvayda ev dustağı olan "Barselona" və "Milan"ın keçmiş futbolçusu ilə danışıqlara başlanılıb.


Xatırladaq ki, 2016-cı ildə "Ximnasiya"nın təklifini qəbul etməyən Ronaldinyo 2018-ci ildə "Fluminense"nin heyətində karyerasına son qoyub.

Xəbər lenti