Xəzər Xəbər

NBA-da 16 oyunçu koronavirusa yoluxub

İdman | 12:57 • 27 İyun 2020
NBA-da 16 oyunçu koronavirusa yoluxub

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 16 oyunçusu koronavirusa yoluxub.


Həmin idmançıların adı açıqlanmır.


Bundan əvvəl, "Denver Naggets" klubunun basketbolçusu Nikola Yokiçin koronavirus testinin mübət nəticələndiyi məlum olmuşdu.


Qeyd edək ki, NBA matçları iyulun 30-da bərpa olunacaq. Mövsümün bütün matçları Florida ştatında keçiriləcək. Komandalar iyulun 7-də məşqləri bərpa edəcək.


Milli Basketbol Assosiasiyasının 2019-2020-cil mövsüm oyunları pandemiya ilə əlaqədar mart ayında dayandırılmışdı.

Xəbər lenti