Xəzər Xəbər

Fransa klubunun futbolçusu koronavirusa yoluxub

İdman | 11:53 • 27 İyun 2020
Fransa klubunun futbolçusu koronavirusa yoluxub

Fransa "Dijon"unun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub.


Klubun rəsmi saytında yer alan məlumata görə, adı açıqlanmayan oyunçuda tibbi testlər nəticəsində aktiv və simptomsuz hal aşkarlanıb. Hələlik onun sağlıq durumu həyatı üçün təhlükə törətmir.


Mövcud tibbi protokollara uyğun olaraq, həmin şəxs karantini evində keçirəcək. Futbolçuları, personalı və bütün əməkdaşlarının sağlamlığını qorumaq üçün "Dijon" Fransa hökumətinin müəyyənləşdirdiyi qaydalara gələcəkdə də əməl edəcəyini bildirib.


Qeyd edək ki, Fransada mövsüm vaxtından əvvəl yekunlaşdırılıb və PSJ qalib elan olunub. "Dijon" isə 16-cı yeri tutub.

Xəbər lenti