Xəzər Xəbər

“Sabah” klubu Saşa Stamenkoviçlə müqaviləni yeniləyib

İdman | 09:56 • 27 İyun 2020
“Sabah” klubu Saşa Stamenkoviçlə müqaviləni yeniləyib

Bakının "Sabah” futbol klubu qapıçı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, təcrübəli qapıçı ilə cari mövsümün sonunda bitən müqavilənin müddəti bir illik uzadılıb.


2018-ci ildən "Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa "Sabah”da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.

Xəbər lenti