Xəzər Xəbər

"Everton" 3 futbolçu ilə yollarını ayırır

İdman | 15:58 • 26 İyun 2020
"Everton" 3 futbolçu ilə yollarını ayırır

İngiltərənin"Everton”klubu 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.


XəzərXəbər klubun saytına istinadənxəbər verir ki, Baye Umar Nyasse, Kuko Martina və Lyuk Qarbatt ilə başa çatmaqda olan müqavilənin yenilənməyəcəyi diqqətə çatdırılıb. Hər üç oyunçunun müqavilə müddəti iyunun sonunda başa çatacaq. İyulun 1-dən etibarən isə onlar azad agent kimi klubdan ayrılacaqlar.


Əvəzində sol cinah müdafiəçisi Leyton Beynsin komandada saxlanılması qərara alınıb. 35 yaşlı futbolçu ilə müqavilənin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Xəbər lenti