Xəzər Xəbər

"Qalatasaray" Super Liqanın ulduz futbolçusunu transfer edir

İdman | 14:56 • 26 İyun 2020
"Qalatasaray" Super Liqanın ulduz futbolçusunu transfer edir

Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" bir futbolçuya "elçi" düşüb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul təmsilçisi Aytaç Karanı transfer etməyə yaxındır. Baş məşqçi Fatih Terimin hazırda sərəncamında görmək istədiyi əsas oyunçu məhz 27 yaşlı futbolçudur.

Sözügedən yarımmüdafiəçini heyətə cəlb etmək üçün artıq "Kasımpaşa" rəhbərliyi ilə danışıqlara başlanılıb. Onun cari klubu ilə daha bir illik müqaviləsi var.

Aytaç Kara 2013-cü ildə Fatih Terimin rəhbərliyi altında Türkiyə millisində də çıxış edib.

Qeyd edək ki, futbolçu "Kasımpaşa" forması ilə çıxdığı 27 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Xəbər lenti