Xəzər Xəbər

Pedro Rodriqesin yeni klubu müəyyənləşdi

İdman | 17:21 • 25 İyun 2020
Pedro Rodriqesin yeni klubu müəyyənləşdi

Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Pedro Rodriqesin yeni klubu məlum olub.

"Sky Sports" xəbər verir ki, ispaniyalı vinger "Roma" ilə anlaşıb. 32 yaşlı futbolçu paytaxt təmsilçisinin 2 illik müqavilə təklifini qəbul edib. Pedronun "canavarlar"da illik maaşı 3,5 milyon avro olacaq.

"Barselona"nın yetirməsi 2015-ci ildə katalonlardan "Çelsi"yə keçmişdi. İspaniya millisinin keçmiş üzvü bu mövsüm Premyer Liqada 9 oyun keçirib.


Xəbər lenti