Xəzər Xəbər

15 yaşlı futbolçu La Liqada 81 illik rekordu qırdı

İdman | 16:24 • 25 İyun 2020
15 yaşlı futbolçu La Liqada 81 illik rekordu qırdı

İspaniyanın "Malyorka" klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.

2004-ci il təvəllüdlü yarımmüdafiəçi İspaniya çempionatında meydana çıxan ən gənc oyunçu kimi rekord müəyyənləşdirib.

Romero XXXI turda "Real Madrid"ə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Meksikalı futbolçu 15 yaş 219-cu günündə La Liqa matçında iştirak edib.

Qeyd edək ki, əvvəlki rekord "Selta"nın sabiq futbolçusu Sansona məxsus olub. İspan müdafiəçi 1939-cu il dekabrın 31-də "Sevilya"nı 4:1 hesabı ilə yendikləri qarşılaşmada 15 yaş 255 günündə debüt edib.

Xəbər lenti