Xəzər Xəbər

“Vulverhempton" hücumçusuna 100 milyon avro qiymət qoydu

İdman | 16:19 • 25 İyun 2020
“Vulverhempton" hücumçusuna 100 milyon avro qiymət qoydu

"Vulverhempton" hücumçusu Raul Ximenesin satış qiymətini açıqlayıb.

29 yaşlı forvardı heyətinə qatmaq istəyən 100 milyon avro ödəməlidir. Meksikalı futbolçu ilə"Yuventus”un və "Real Madrid"in yaxından maraqlandığı vurğulanıb.

Raul Ximenes daha əvvəlki açıqlamasında "Real” və ya "Barselona”dan təklif gəldiyi təqdirdə, bu fürsəti qaçırmayacağını söyləyib.

Qeyd edək ki, millimizin hücumçusuRenat Dadaşovda Premyer Liqa klubunun formasını geyinir. O, hələ ki komandanın əsas heyətinə düşə bilməyib.

Xəbər lenti